Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı 350-yə çatıb
Tarix: 27-10-2015, 11:11 |
Çap et
Əfqanıstanda 7,5 baş gücündə baş verən zəlzələnin qurbanlarının sayı 350-yə yaxındır. APA-nın RIA "Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Pakistanda 275, Əfqanıstanda isə 70 nəfər ölüb.
Daha 2 min pakistanlının xəsarət aldığı bildirilir.
Təbii fəlakətlə əlaqədar Pakistanın baş naziri Navaz Şərif Böyük Britaniya səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.
Zəlzələnin ocağı Əfqanıstanın Curm şəhərindən 45 km cənub-qərbdə, 212,5 km dərinlikdə olub.
Yeraltı təkanlar Əfqanıstanda Badahşan, Tahar, Nanqarhar, Kunar və paytaxt Kabildə hiss olunaraq əhali arasında böyük təşviş yaradıb.
Zəlzələ Pakistan, Hindistan, Qırğızıstan, Tacikistan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.
Hindistanda zəlzələ nəticəsində 4 nəfər həyatını itirib.