İŞİD-dən türk polisinə pusqu: 2 şəhid
Tarix: 26-10-2015, 10:57 |
Çap et
Türkiyənin hüquq mühafizə orqanları Diyarbəkir vilayətinin Qayapınar rayonunda İŞİD terrorçularının olduğu evə əməliyyat təşkil edib.
Axar.az xəbər verir ki, polislərə pusqu quran terrorçular evin ətrafına yerləşdirdikləri bombanı partladıblar.
Nəticədə 2 polis şəhid olub, 4-ü isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hazırda qarşıdurmanın davam etdiyi bildirilir.