Ankara terrorçusunun adı açıqlandı
Tarix: 20-10-2015, 10:03 | Çap et
Ankara terrorçusunun adı açıqlandı
Ankara Respublika Prokurorluğu oktyabrın 10-da 100-dən çox insanın ölümü ilə nəticələnən terror hadisəsini törətmiş kamikadzenin adını açıqlayıb. ANS PRESS-in məlumatına görə, Prokurorluğun açıqlamasında bildirilir ki, terror hadisəsini törədənlərdən biri Yunus Emre Alagöz adlı şəxs olub. Həmçinin qurumdan bildirilib ki, hadisəni törədən və foto şəkillərdə müəyyən olunan terrorçunun şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində çalışmalar davam edir. Həmin terrorçunun isə Türkiyənin cənub sərhədlərinə qonşu olan ölkələrdən birindən gəldiyi müəyyən edilib.

Prokurorluğun bəyanatında bildirilir ki, bəzi mətbu orqanların öz işinə məsuliyyətsiz yanaşması səbəbindən terrorçuluqda şübhəli bilinən 9 nəfər qaçmağa müvəffəq olub.

“Prokurorluğumuz tərəfindən aparılan istintaq prosesinin ən həssas anında bəzi mətbuorqanların öz işinə məsuliyyətsiz yanaşması səbəbindən araşdırmamızda bir qədər ləngimə yarandı. Ən yaxın vaxtda qaçan şübhəlilərin yaxalanması ilə əldə olunan məlumatlarla hadisəni planlayanları da tapacağıq.”

10.10.2015 tarixdə Ankara qatar stansiyasının yaxınlığında baş vermiş terror hadisəsi çərçivəsində prokurorluğumuz tərəfindən apaılan istintaqda qət olunan mərhələ barədə aşağıdakı məlumatların ictimaiyyətlə paylaşılması uyğundur:

“...İki ksamikadzeyə yardım etdikləri və bu hadisədə iştirak etdikləri güman olunan 20 şübhəli barədə məhkəmə iddiası qaldırılıb və onlardan 11 nəfəri barədə həbs qətimkan tədbiri seçilib.
Artıq 11 nəfərdən dördü azadlığa buraxılıb. 6 şübhəli həbs, 1 şöbhəli də ədliyyə nəzarəti tələbi ilə məhkəməyə göndərilib. Məhkəməyə göndərilən 7 nəfərdən 4-ü həbs olunub, 3 nəfər barədə isə ədliyyə nəzarətinə qərar verilib...”

a. Şübhəlilər tərəfindən istifadə olunan və istintaq sənədində 1 saylı depo kimi qeyd olunmuş yerdə terror hadisəsində istifadə olunan “Ford Focus” marka avtomovil,
b. Şübhəlilər tərəfindən istifadə olunan və istintaq sənədində 2 saylı depo kimi qeyd olunmuş yerdə bomba hazırlanmasında istifadə olunan 400 kq amonyak nitrat,
c. Şübhəlilər tərəfindən istifadə olunan və istintaq sənədində 3 saylı depo kimi qeyd olunmuş yerdə bomba hazırlanmasında istifadə olunan 1100 kq amonyak nitrat,
d. Şübhəlilər tərəfindən istifadə olunan və istintaq sənədində 4 saylı depo kimi qeyd olunmuş yerdə 10 ədəd kamikadze jileti, 150 metr kortex partlayıcı, 60 kq TNT, 15 kq xırda metal kürələr, 5 kq qayka, 2000 ədəd 9 mm tapança gülləsi, 10 bağlama kimyəvi partlayıcı, torbalarda kükürd və amonyak nitrat, 1 ədəd boş TNT qəlibi,
e. Şübhəlilər tərəfindən istifadə olunan və istintaq sənədində 5 saylı depo kimi qeyd olunmuş yerdə bomba üçün istifadə olunan 1000 kq amonyak nitrat,
f. Şübhəlilərdən birinin evində keçirilən axtarış zamanı 3 qumbara, 1 ov tüfəngi, hadisə yerində aşkarlanan bomba fitili ilə eyni fitil,
g. Digər şübhəlinin evində keçirilən axtarışda 6 ədəd kalaşnikov avtomat, 1 ədəd susduruculu tapança, 22 ədəd F1 tipli qumbara, 1683 güllə, 8 ədəd fitil ələ keçirilmişdir.

Oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 102, yaralı sayının 245 olduğunu açıqlamışdı.

Türkiyədə 3 günlük milli yas elan olunmuş və ölkədəki bütün bayraqlar yarıya endirilmişdi.

Baş verənlərin Türkiyədə Cümhuriyyət tarixinin ən qanlı terror hadisəsi olduğu bildirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net