"HDP-nin Ankaradakı partlayışdan 1 həftə əvvəl xəbəri var idi" - PKK liderindən şok açıqlama
Tarix: 16-10-2015, 13:31 | Çap et
"HDP-nin Ankaradakı partlayışdan 1 həftə əvvəl xəbəri var idi" - PKK liderindən şok açıqlama
Ankarada 99 nəfərin həyatına son qoyan terror aktı haqda bəzi şəxslərin 1 həftə əvvəlcədən məlumatı olub.

Avropa.info xəbər verir ki, bu barədə PKK terror təşkilatının liderlərindən olan Mustafa Karasunun qələmə aldığı yazıda bildirilir.

Mustafa Karasunun Avropada yayımlanan Yeni Azad Siyasət qəzetində "Hüseyn Əli" ləqəbi ilə yazdığı yazıda bundan başqa bu partlayışın bəzi kürd siyasətçilərə də xəbər verildiyi deyilir.

Yazıda iddia olunanları nəzərə alsaq Ankarada partlayacaq olan bomba haqda 1 həftə əvvəlcədən məlumatı olan sözügedən kürd siyasətçilər bu məlumatı hökumət ilə paylaşmamış və minlərlə insanın meydana getməsinə göz yummuşdur.

Xatırladaq ki, keçən həftə Ankarada baş vermiş dəhşətli partlayış nəticəsində 99 nəfər həlak olmuş, iki yüzdən çox adam isə yaralanmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net