ABŞ ordusu Əfqanıstandan çıxmayacaq
Tarix: 16-10-2015, 10:10 | Çap et
ABŞ ordusu Əfqanıstandan çıxmayacaq
ABŞ prezidenti Barak Obama" target="_blank"> hazırda Əfqanıstanda olan ABŞ hərbçilərinin 2016-cı ilin sonunadək Əfqanıstanda qalacaqlarını bildirib.

ANS PRESS-in məlumatına görə, hazırda əfqanıstanda 9800 ABŞ hərbçisi var.

Onların gələn ilin sonunadək mərhələ-mərhələ Əfqanıstandan çıxarılacağı nəzərdə tutulurdu. Obama oktyabrın 15-də Ağ evdə çıxış edərəkn bildirib ki, ABŞ ordusunun bu ölkədə missiyası dəyişməyəcək və onlar yerli qüvvələrə təlimləri davam etdirəcəklər. Obama həmçinin qeyd edib ki, ABŞ 2017-ci ildən sonra Əfqanıstanda 5500 nəfərlik ordu saxlayacaq.

“Hazırda bu ən doğru olan qərardır. Əfqanıstanın ölkəmizə hücum üçün yenidən terrorçular tərəfindən baza olaraq istifadə edilməsinə icazə verə bilmərəm”,- deyə Obama bildirib. Barak Obama Amerika əsgərlərinin ölkədən tamamilə çəkilməsi üçün Talibanla Əfqan hökumətinin razılığa gəlməsinin əsas şərtlərdən biri olduğunu da sözlərinə əlavə edib.

O bildirib ki, bu ordu Kabil ətrafındakı Baqram, habelə Calal-Abad və Qəndəhar ətrafındakı bazalarda yerləşdiriləcək. Obama qeyd edib ki, qərar onun milli təhlükəsizlik komandası və Əfqanıstan hökuməti ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Son günlər Talibançıların Əfqanıstanda fəallaşıdığı müşahidə olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net