Bu gün Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək
Tarix: 16-10-2015, 09:31 | Çap et
Bu gün Qazaxıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək
Bu gün Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
APA-nın məlumatına görə, iclasda BMT-nin 70 illiyi və Çernobl AES-də baş vermiş qəzanın 30 illiyi ilə bağlı sənədlərə baxılacaq. Bundan başqa, prezidentlər miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların aradan qaldırılması və xəbərdarlığın olunması, sərhədlərin qorunması, hərbi sahədə əməkdaşlıq məsələlərini əks etdirən sənədləri qəbul edəcəklər.

Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Qazaxıstana səfər edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net