Klintonun dövlət katibi vəzifəsində işlədiyi 4 il ərzində iş poçtu olmayıb
Tarix: 13-10-2015, 09:45 | Çap et
Klintonun dövlət katibi vəzifəsində işlədiyi 4 il ərzində iş poçtu olmayıb
ABŞ prezidenti Barak Obama hesab edir ki, sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton xidməti yazışmalar apararkən şəxsi elektron poçtundan istifadə etdikdə səhv addım atıb. Lakin onun bu mövqeyi millli maraqlara zərər vurmayıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, Ağ Ev başçısı bu fikirləri CBS telekanalına müsahibəsində səsləndirib.
“Klinton özü də səhvini boynuna alıb. Düşünmürəm ki, bu addım ciddim fəsadlara səbəb ola bilər”, - deyə Obama vurğulayıb.
Klintonun dövlət katibi vəzifəsində işlədiyi 4 il ərzində iş poçtu olmayıb. O, iş yazışmaları üçün şəxsi poçt ünvanından istifadə edib. Bu fəaliyyət federal qanunla müəyyən edilmiş tələbi pozub.
Qanuna əsasən, vəzifəli şəxslərin əldə etdikləri və göndərdikləri elektron və kağız məktublar dövlət arxivinə aid hesab edilir və Konqresin komitələri, tarixçilər və KİV əməkdaşlarının onları tapması üçün saxlanılmalıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net