Türkiyəni etiraz aksiyaları bürüdü: HDP-nin binalarına od vuruldu - VİDEO
Tarix: 8-09-2015, 10:12 | Çap et
Türkiyəni etiraz aksiyaları bürüdü: HDP-nin binalarına od vuruldu - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, Hakkarinin Dağlıca bölgəsindəki terror aktına Türkiyənin bir çox şəhərlərində, o cümlədən Ankara, Çorum, Zonguldak, Sivas, Bursa, Antalya, Mersin, Kırşehir, Bursa, Manisa, İsparta, Muğla və başqa şəhərlərdə etiraz edilib. Minlərlə insan Türk bayraqları və «Türk-kürd qardaşdır, PKK xaindir», «Şəhidlər ölməz, Vətən bölünməz» şüarları ilə yürüşə keçib.

Ankarada keçirilən aksiyalarda porlislərlə toqquşma yaşanıb. Nəticədə 2-si hüquqmühafizəçi olmaqla ümumilikdə 7 nəfər zərər çəkib.

Manavqat mahalında Cümhuriyyət meydanına toplanan minlərlə insan HDP-nin yerli bölməsinə hücum edib. Bir müddət polislə qarşıdurmadan sonra, bəzi aksiyaçılar baryeri aşaraq binanı daşa basıb. Binaya dırmaşan bəzi etirazçılar birinci mərtəbədəki lövhəni söküblər. Daha sonra partiyanın binasına girən aksiyaçılar içəridəki əşyaları çölə atıblar. Küçədə toplanan qrup isə partiya proqramlarını, vımpelləri və əşyaları yandırıb. Aksiyaçılar daha sonra İstiklal Marşı oxuyaraq, binaya türk bayrağı asıb.



Xatırladaq ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılıb.Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, PKK terrorçularının törətdiyi terror hadisəsi zamanı 16 hərbçi şəhid olub, 6 nəfər isə yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin bu hadisədən sonra başladığı əməliyyat hələ də davam edir. PKK terrorçlarının 23 hədəfi 3 ədəd F -4, 4 ədəd F 16 tipli döyüş təyyarəlıəri ilə atəş altında saxlanılır.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net