Ukraynanın yeni hərbi doktrinası: Rusiya təhlükədir
Tarix: 3-09-2015, 10:22 | Çap et
Ukraynanın yeni hərbi doktrinası: Rusiya təhlükədir
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin yeni hərbi doktrinasını təsdiq edib.

Yeni doktrinada Rusiya ölkənin birinci hərbi rəqibi elan edilir.

“Bütün real təhlükələr və hərbi hədələr, təəssüf ki, Rusiya ilə əlaqədardır, - deyib prezident Petro Poroshenko, - Bu təhlükələr uzunmüddətli xarakter daşıyır”.

Doktrinada həmçinin “ilhaq edilmiş Krım və işğal edilmiş Donbas”ın qaytarılması şərtlərindən bəhs olunur.

Yeni sənəddə Ukraynanın bloklara qoşulmamaq siyasətindən geri çəkildiyi və NATO-ya inteqrasiya olunmaq məqsədi açıqlanır.

Bununla yanaşı, Poroshenko bildirib ki, Ukraynanın NATO-ya üzvlüyünə hələlik nə Ukrayna, nə də NATO hazır deyillər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net