Dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi - FOTO
Tarix: 2-09-2015, 10:30 | Çap et
Dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi - FOTO
Türkiyə hakimiyyəti dörd azyaşlı uşaq ilə “İslam Dövləti”nə (İŞİD) qoşulmağa çalışan Böyük Britaniya sakinini saxlayıblar, Daily Mail bildirib.

Oxu.Az xəbər verir ki, şərqi London sakini 33 yaşlı Zahirə Tarik 4-12 yaş arası dörd uşaq ilə avqustun 25-də London-Siti aeroportundan uçub.

Polis baş verənlərə Tarikin qohumlarının müraciətindən sonra diqqət edib, belə ki, qohumlar qadının gələcək planlarından xəbərsiz idilər.

Britaniya polisinin terrorla mübarizə şöbəsinin rəhbəri Riçard Uolton televiziyada xüsusi müraciət ilə çıxış edib. Çıxışda həmin qadın barədə hər hansı bir məlumatı olan insanlardan hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş edilirdi. Hal-hazırda Tarik və onun uşaqları təhlükəsizlikdədirlər.

Dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi - FOTO
Dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi - FOTO





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net