Poroşenko muxtariyyət planı təqdim edir
Tarix: 16-07-2015, 10:07 | Çap et
Poroşenko muxtariyyət planı təqdim edir

Prezident Petro Poroshenko ölkənin cənubşərq regionlarına muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya dəyişikliyini Ukrayna parlamentinə təqdim edib.

Parlamentin vebsaytında yerləşdirilən məlumatda deyilir ki, konstitusiyaya Donetsk və Luqansk regionlarının xüsusi statusuna dair maddə salınması təklif olunur.

Ukrainska Pravda qəzetinin iyulun 16-da yazdığına görə, Poroshenko ABŞ Dövlət katibinin müavini Victoria Nuland-ın bir gün öncəki səfərindən sonra konstitusiyaya dəyişikliklər təklif edib.

Birləşmiş Ştatlar, Fransa və Almaniya liderləri Poroshenko-nu Minsk sazişinin müddəalarını yerinə yetirməyə, konstitusiya dəyişiklikləri aparmağa çağırırdı. Həmin sazişdə Donbas regionuna özünüidarəetmə verilməsi nəzərdə tutulur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net