Rusiyanın yeni “arzuolunmaz təşkilatlar” qanunu kimi hədəfləyir?
Tarix: 27-05-2015, 10:41 | Çap et
Rusiyanın yeni “arzuolunmaz təşkilatlar” qanunu kimi hədəfləyir?
Rusiyanın “arzuolunmaz təşkilatlar” haqqında yeni qanunvericiliyinin potensial olaraq hədəflədiyi insan haqları qrupları qanunu Kremlin vətəndaş haqları üzərinə hücumda yeni silahı kimi tənqid ediblər.

Fəallar bildirirlər ki, yeni qanunun mətninin yayqınlığı, əslində ondan istənilən təşkilata qarşı istifadə etmək, insan haqları qruplarını qlobal şəbəkədən ayırmaq imkanı yaradır.

Prezident Vladimir Putinin ötən həftə imzaladığı qanun Rusiyanın təhlükəsizlik, müdafiə qüdrəti və ictimai asayişi üçün təhlükə yaratdığı düşünülən təşkilatları bağlamaq səlahiyyəti verir.

İnsan haqları xadimlərindən Svetlana Gannushkina deyib ki, yeni qanunvericilik Vladimir Putinin 2012-ci ildə qəbul etdiyi qanunu xatırladır. Bu qanun xaricdən maliyyələşdirilən bütün QHT-lərin “xarici agent” kimi yenidən qeydiyyatını tələb edirdi.

Yeni qanun prezident tərəfindən imzalandıqdan iki gün sonra Vladimir Jirinovskinin ifrat millətçi partiyası Memorial və dörd başqa təşkilatın “arzuolunan” olub-olmadığı barədə sorğu verib.

Rusiyanın Liberal Demokrat Partiyasının adlarını çəkdiyi dörd başqa təşkilat bunlardır: Amnesty International, Human Rights Watch, Transparency International və Moskva Carnegie Mərkəzi.

Bu təşkilatların demək olar ki, hamısı xaricdə mənzillənsə də Kreml yeni qanunla öz vətəndaşlarını bu təşkilatlardan təcrid etməyə çalışır.

Bəzi insan haqları fəalları deyirlər ki, Kreml bu qanun olmasa da istədiyi qrupu bağlamaq imkanındadır.

Digər tərəfdən bəzi təhlilçilər Rusiya hökumətinin Amnesty kimi təşkilatları “arzuolunmaz” elan edəcək qədər uzağa gedəcəyinə inanmırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net