Prezidentin qardaşı oğlu prokuror təyin edildi
Tarix: 23-05-2015, 13:27 |
Çap et
Tacikistan Prezidenti Emomali Rahmon qardaşı oğlunu prokuror təyin edib. Rahmon Umecon Nuriddin paytaxt Düşənbənin rayonlarından birində prokuror işləyəcək.
Axar.az-ın xəbərinə görə, daha əvvəl Tacikistan lideri öz oğlu Rustam Emomalini Antikorrupsiya idarəsinin müdiri təyin edib. Prezidentin qızı Ozoda Emomali xarici işlər nazirinin müavini vəzifəsini tutur. Kürəkəni Camoliddin Nuraliyev isə prezidentin bu yaxınlarda verdiyi fərmanla Milli Bankın prezident müavini təyin olunub.
Prezidentin doqquz uşağı var – iki oğlu və yeddi qızı. Beynəlxalq təşkilatlar tərəfindən Tacikistanda korrupsiyanın səviyyəsi dünyada ən yüksəklərdən biri kimi qiymətləndirilir, bu ölkədə yerliçilik və qohumbazlıq kimi halların da geniş yayıldığı bildirilir.