ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir
Tarix: 21-12-2025, 22:47 | Çap et


ABŞ Hərbi Hava Qüvvələrinin "F-35A" qırıcı təyyarələrindən ibarət eskadrilyası Puerto Rikodakı Ruzvelt bazasına gətirilib və orada artıq yerləşdirilən 10 ədəd "F-35B" qırıcı təyyarələrinə qoşulub.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qırıcıların gəlişi Venesuela Prezidenti Nikolas Maduroya istefa vermək üçün siyasi və hərbi təzyiqlərin bir hissəsidir.

Hazırda ABŞ-nin bölgədə "USS Gerald Ford" təyyarədaşıyan gəmisində 48 ədəd "F/A-18F Super Hornet" qırıcıları da var. Bundan əlavə, böyük amfibiya hücum gəmisi "USS Iwo Jima" 6 ədəd "AV-8B" qırıcısı daşıyır.




Xəbərlər
 
 
18-01-2026 16:40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net