Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqladı
Tarix: 16-03-2025, 14:22 | Çap et


Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.

O bildirib ki, münaqişə zonasında atəşkəsə hazırlıq prosesi bir aydan çox davam edə bilər.

Ukrayna rəhbəri həmçinin qeyri-müəyyən atəşkəs ideyasına qarşı çıxıb.

"Hərbi əməliyyatların dayandırılmasına dair razılaşmada müddətin aydın şəkildə müəyyən edilməsi son dərəcə vacibdir", - Zelenski vurğulayıb.

Martın 15-də Zelenski sülh danışıqlarına hazırlıq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib. O, döyüşlərin yalnız müəyyən müddətə dayandırılmasında təkid edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net