Tramp çoxlu fərman verməklə "böyük səs-küy" yaratmaq niyyətindədir
Tarix: 12-12-2024, 08:29 | Çap et


BŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp 20 yanvar 2025-ci ildə vəzifəyə başladığı gün 25-dən çox fərman və direktiv verməyi planlaşdırır.

Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, gələcək ABŞ lideri öz komandasına bildirib ki, 2016-2020-ci illərdəki ilk prezidentlik müddətinə nisbətən daha qısa müddətdə çoxlu fərman verməklə "böyük səs-küy" yaratmaq niyyətindədir. Agentlik xatırladır ki, hazırkı dövlət başçısı Co Bayden prezident vəzifəsinin ilk günündə 17 fərman imzalayıb və onların çoxu Tramp dövründə qəbul edilmiş müddəaların qüvvəsini dayandırıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net