İsrailin zərbələri nəticəsində 55 fələstinli, 71 livanlı həlak olub
Tarix: 3-11-2024, 10:58 | Çap et


İsrail Ordusunun 7 oktyabr 2023-cü ildən həyata keçirdiyi əməliyyatlar nəticəsində Qəzza zolağında ölənlərin sayı 43 314 nəfərə çatıb, 102 019 nəfər yaralanıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Al Jazeera“ Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Livan Səhiyyə Nazirliyi isə İsrail Ordusunun endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 2 968 nəfərə çatdığını açıqlayıb.


İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrini və Livanın cənubunu atəşə tutması nəticəsində 120-dən çox fələstinli və livanlı həlak olub.

Bildirilib ki, son sutkada İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 55 nəfər ölüb, 192 nəfər yaralanıb. İsrailin Livana endirdiyi zərbələr zamanı isə 71 nəfər ölüb, 169 nəfər yaralanıb.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net