KİV: Ukrayna XİN rəhbəri Kulebanın istefası hələ apreldə qərarlaşdırılmışdı
Tarix: 5-09-2024, 12:39 | Çap et
KİV: Ukrayna XİN rəhbəri Kulebanın istefası hələ apreldə qərarlaşdırılmışdı

"Ukrayna XİN rəhbərinin müavini Andrey Sibiqa hələ bu ilin aprelində departamentin rəhbəri olmalı idi, lakin ABŞ Dövlət Departamentinin təzyiqləri ona mane oldu".

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "The Economist" məlumat yayıb.

"Mənbələr güman edir ki, Kulebanın taleyi apreldə həll olunmuşdu. Şayiələrə görə, onun əvəzinə gəlməli olan Andrey Sibiqa həmin vaxt prezident ofisindən nazir müavini vəzifəsinə keçirildi", - deyə nəşr yazır.

Materialda aydınlıq gətirilir ki, bir neçə mənbə "əvəzlənmənin" Dövlət Departamentinin təzyiqi ilə qarşısının alındığını istisna etməyib.

Bundan əlavə, Zelenskinin ofisi xarici işlər naziri Dmitri Kulebanın "əllərini bulaşdırmaqdan yayınmasından" şikayətlənib.

Materialın müəllifləri, həmçinin əlavə ediblər ki, Ukrayna lideri Volodimir Zelenskinin qəzet manşetlərinə düşmək üçün hökumətdə yerdəyişmələrlə sürətli şou təşkil etməyi planlaşdırıb.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net