Zelenski "F-16" qırıcılarının ilk partiyasının Ukraynaya gəlişini təsdiqləyib
Tarix: 4-08-2024, 20:58 | Çap et


Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin xarici tərəfdaşlardan "F-16" qırıcılarının ilk partiyasını aldığını təsdiqləyib.

Vertikal.az Oxu.Az-az istinadla xəbər verir ki, dövlət başçısı "Telegram" kanalında müvafiq məzmunlu yazı paylaşıb.

"F-16"lar Ukraynadadır. Biz bunu təmin etdik", - siyasətçi yazıb.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri artıq ABŞ-nin bu qırıcılardan istifadə etməyə başlayıblar. Bununla belə, prezident Qərb ölkələrinin Kiyevə neçə ədəd texnika verdiyini dəqiqləşdirməyib.

Dövlət başçısı yazısını video ilə tamamlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net