Dünyada ilk dəfə olaraq plastik tullantılarla çalışan raket hazırlanıb!
Tarix: 2-08-2024, 14:29 | Çap et


Britaniyalı bir şirkət, Marsa səyahət üçün plastik tullantılardan istifadə etməyə çalışır. Şirkətin bu layihəsi, həm də nüvə sintezi ilə işləyən Mars raketi layihəsinin ilk addımılarıdır.

Əslində tullantılardan enerji əldə etmək fikri yeni deyil. Lakin ilk dəfə olaraq tullantılardan əldə edilən yanacaq, kosmos səyahətlərində istifadə oluna biləcək. Bu kontekstdə Britaniyanın Pulsar Fusion şirkəti, qismən plastik tullantılarla işləyən raket mühərrikinin sınaqlarına başlayıb. Şirkətin məqsədi plastik tullantılarla təchiz edilən bu raketlə kosmos səyahətlərini daha davamlı etməkdir. Lakin Pulsar Fusion-un əsas məqsədi, adından da göründüyü kimi, nüvə sintezi mühərriki ilə Marsa səyahət etməkdir.



Plastik tullantılardan yanacaq istehsalı ideyası yeni deyil. Belə ki, Virgin Galactic adlı şirkət, bundan əvvəl 2014-cü ildə bu mövzuda təcrübələr aparmış, lakin cəhdlər uğursuz alınmışdı. Pulsar Fusion şirkəti isə yüksək sıxlıqlı polietilen (HDPE) və plastik tullantılardan əldə edilən azot oksidinin qarışığı olan hibrid yanacaqdan istifadə edir. Bu hibrid yanacaqdakı HDPE, plastik butulkalar və borular kimi tullantılardan əldə edilə bilən bir yanacaq növüdür. Pulsar Fusion, raketin ilk statik sınaqlarını başa çatdırıb. Raket, Britaniya Müdafiə Nazirliyinin hərbi bazasında keçirilən sınaqlarda uğurlu nəticələr əldə edib.



Pulsar Fusion, plastik tullantılarla işləyən bu raketi ilk olaraq peyk buraxılışları və insanlı Ay missiyaları üçün inkişaf etdirməyi hədəfləyir. Şirkətin yaradılması məqsədi nüvə sintezi mühərriki ilə kosmosa səyahəti mümkün etməkdir. Hal-hazırda inkişaf etdirilən layihə ilə Marsa səyahət kimi uzun səyahətlər 50% daha qısa vaxt tələb edəcək. Bununla belə, nüvə sintezi texnologiyası hələ sabit deyil. Digər tərəfdən, Pulsar Fusion şirkəti, 4 il ərzində nüvə füzyonu ilə işləyən yüksək sürətli hərəkət mühərriki istehsal etməyi hədəfləyir.

Technote.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net