"ABŞ-nin vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək seçkidə qalib gəlsə, Vaşinqtonun dünya səhnəsindəki rəqiblərinə qarşı dura bilməyəcək və onların əlində oyuncağa çevriləcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.
"Onlar üçün çox asan olacaq. O onlar üçün oyuncaq olacaq. Ona baxıb deyəcəklər: "Biz bu qədər şanslı olduğumuza inana bilmirik", - deyə respublikaçı bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.