İsrailin baş naziri Vaşinqtonda Bayden və Harrislə görüşüb
Tarix: 26-07-2024, 10:17 | Çap et


ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqları müzakirə edib.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Qeyd olunub ki, tərəflər Qəzzadakı hadisələri, atəşkəs və "HƏMAS" hərəkatının saxladığı girovların azad edilməsi üçün aparılan danışıqların gedişatını müzakirə ediblər.

Daha sonra İsrailin baş naziri Ağ Evdə vitse-prezident Kamala Harrislə görüşüb. Görüş təxminən 40 dəqiqə davam edib. Görüşdə müzakirə edilən mövzuların detalları barədə məlumat verilməyib.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net