![](/uploads/posts/2024-07/thumbs/669d5d915bff2669d5d915bff31721589137669d5d915bff0669d5d915bff1.jpg)
"Bayden seçkidə iştirak etməyəcəksə, onun Prezident səlahiyyətlərini icra etməyə ixtiyarı yoxdur".
APA-nın "The Hill" nəşrinə istinadən xəbərinə görə, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
"Əgər o, seçkidə iştirak etməyəcəksə dərhal istefa verməlidir. 5 noyabr tarixi bu qədər tez yaxınlaşmamalıdır", - deyə siyasətçi bildirib.