Rusiya hərbi gəmiləri Kubaya gedir: ABŞ-dən reaksiya gecikmədi
Tarix: 7-06-2024, 14:45 | Çap et
Rusiya hərbi gəmiləri Kubaya gedir: ABŞ-dən reaksiya gecikmədi

"ABŞ hakimiyyət orqanları Rusiya gəmilərindən ibarət dəstənin Kubaya səfəri ilə bağlı vəziyyəti izləyir, lakin bu hadisəni öz milli təhlükəsizliyinə təhdid kimi görmür".

Bu sözləri Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi yerli telekanalın efirində deyib:

"Biz onları diqqətlə izləyəcəyik... Bu hadisənin milli təhlükəsizliyimizə təhlükə törədəcəyini gözləmirik".

Xatırladaq ki, ötən gün Kuba Xarici İşlər Nazirliyi 2024-cü il iyunun 12-dən 17-dək Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd gəmidən ibarət qrupunun Havana limanına rəsmi səfər edəcəyini açıqlayıb.

CNN




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net