ABŞ-də tibbi maskalar qanunla qadağan olunur.
Məlumata görə, Şimali Karolina ştatında mübahisəli qanun artıq qəbul edilib. Orada ictimai yerdə maska taxmaq qanunsuz sayılır və cərimə ilə cəzalandırılır.
Səbəb isə maskaların üzü gizlətməsidir. Bildirilir ki, maskalar şəhərlərə quraşdırılan üztanıma sistemlərinə problem yaradır.
Qeyd edək ki, qanun əvvəllər Ku-Kluks-Klanının fəaliyyəti ilə əlaqədar qüvvədə olub. Sonradan bir sıra ştatlarda ləğv olunmasa da, unudulub.
KP.ru