İspaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək
Tarix: 21-05-2024, 09:47 | Çap et


İspaniyanın müdafiə naziri Marqarita Robles ölkəsinin Ukraynaya yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, nazir bu barədə Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun iclasında məlumat verib.

Yardım paketinə 155 mm-lik artilleriya mərmiləri və “Leopard 2A4” tanklarının yeni partiyası daxil olacaq.

Həmçinin, Ukraynaya yeni yardıma “MIM-104 Patriot” zenit-raket kompleksi üçün raketlər və inteqrasiya olunmuş açıq müşahidə sistemləri (SIVE) daxildir.

Yardım paketinin iyunun sonuna qədər Ukraynaya çatacağı gözlənilir.

Nazir Robles əlavə onu da əlavə edib ki, İspaniyanın Ukraynaya uzunmüddətli dəstəyi ikitərəfli təhlükəsizlik sazişinin imzalanması ilə gücləndiriləcək.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net