Putin: “F-16-lar Rusiyaya qarşı istifadə edilərsə, onlar qanuni hədəfə çevriləcək”
Tarix: 28-03-2024, 08:28 | Çap et


Amerikanın F-16 qırıcıları üçüncü ölkələrin aerodromlarından Rusiya silahlı qüvvələrinə qarşı istifadə olunarsa, onlar Rusiya üçün qanuni hədəfə çevriləcək.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində hərbi pilotlarla söhbəti zamanı deyib.

“Təbii ki, onlar üçüncü ölkələrin aerodromlarından istifadə edilərsə, harada yerləşməsindən asılı olmayaraq onlar bizim üçün qanuni hədəfə çevriləcək”, - Kremlin rəhbəri vurğulayıb.

Putin həmçinin bildirib ki, F-16-ların Ukraynaya mümkün tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net