Macarıstan prezidenti istefa verib
Tarix: 11-02-2024, 00:15 | Çap et


Macarıstan Prezidenti Katalin Novak pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, Novak milli televiziyada çıxışında səhvini etiraf edib. O qeyd edib ki, bu gün prezident kimi Macarıstan vətəndaşlarına müraciət etdiyi son gündür.

Macarıstanın bütün müxalifət partiyaları Novakın istefasını tələb edib.

Qeyd edək ki, əfv olunan şəxs Biçka şəhərindəki uşaq evinin direktor müavini Endre K.-dır. O, şantaj yolu ilə bir neçə uşağı Papanın ziyarəti bəhanəsi ilə pedofil direktoruna qarşı ifadələrini geri götürməyə məcbur edib. Uşaq evinin direktoru, 26 ildir uşaq evinə rəhbərlik edən Yanoş V. 2004-2016-cı illərdə azı on yetkinlik yaşına çatmayan oğlan uşağına seksual zorakılıq tətbiq edib.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net