Mask “Tesla” idarə heyəti üzvlərilə birgə narkotikdən istifadə edib
Tarix: 4-02-2024, 21:12 | Çap et
Mask “Tesla” idarə heyəti üzvlərilə birgə narkotikdən istifadə edib

ABŞ-nin elektrik avtomobili istehsalçısı “Tesla”nın idarə heyətinin bəzi keçmiş və indiki üzvləri şirkətin baş direktoru İlon Maskla birlikdə narkotik vasitələrdən istifadə edirdilər.

Məlumata görə, onlar milyarderi əsəbiləşdirməkdən və “sosial kapitallarını” itirməkdən qorxurdular.

Bildirilir ki, Maska məxsus “Tesla” və “SpaceX” şirkətlərinin bəzi hazırkı və keçmiş direktorları iş adamının narkotikdən istifadə etdiyini bilsələr də, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər.

“Tesla”nın direktorlar şurası Maskın narkotik istifadəsi ilə bağlı araşdırma aparmayıb və məsələ ilə bağlı narahatlıqlarını protokolda qeyd etməyib.

Mənbə: TASS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net