Türkiyə məhkəməsi İstanbul kilsəsində silahlı insidentlə bağlı ilkin dinləmə üçün gətirilən 34 məhbusdan 25-i barəsində həbs qərarı çıxarıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
“Kilsədə atəş açaraq vətəndaşımızın ölümünə səbəb olan “İslam Dövləti” terror təşkilatının üzvü Əmirjon Klıkov və onunla birlikdə olan David Tanduyev də daxil olmaqla, 25 nəfərin həbsinə order verilib”, - deyə nazir bildirib.
Qeyd edək ki, yanvarın 28-də Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olmuşdu.
Mənbə: TASS