İŞİD İraq-Suriya sərhəddində sonuncu keçidi tutur
Tarix: 22-05-2015, 09:11 | Çap et
İŞİD İraq-Suriya sərhəddində sonuncu keçidi tutur
Mayın 21-də İslam Dövləti silahlı qruplaşması son günlərin zəfərini bir daha möhkəmləndirib. Ramadinin şərqində İraq hökumət qüvvələri məğlub edilib və İraq-Suriya sərhədində Dəməşq hökumətinin nəzarətində olan sonuncu keçid məntəqəsi ələ keçirilib.

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib ki, İD-nin Al-Tanaf keçidini tutması Suriya hökumətinin sərhədə nəzarəti itirməsi deməkdir.

Yaraqlılar Palmira şəhəri boyunca yerləşib, 17 nəfəri “rejimlə işlədiyinə görə” edam edib və arxeoloji sahəni nəzarətə götürüb. Hələlik tarixi abidələrin dağıdılması barədə məlumat yoxdur.

Hazırda İD Suriya ərazisinin yarıdan çoxuna nəzarət edir. Palmiranın ələ keçirilməsi İD-ə müasir hərbi qurğulara və səhranın əsas yoluna çıxış verir. Ancaq İD-nin tutduğu ərazilərdə əhali seyrək şəkildə yaşayır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net