Tailand və Çinin xarici işlər nazirləri ölkələr arasında vizasız rejim haqqında saziş imzalayıblar
Banqkokda Tailand və Çin arasında vizasız rejimin tətbiqi haqqında sazişin imzalanma mərasimi keçirilib.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sənədi Tailandın baş nazirinin müavini və xarici işlər naziri Panpri Phitthanukon və Çinin xarici işlər naziri Vanq Yi imzalayıblar. Müqavilə martın 1-dən qüvvəyə minəcək.
Belə ki, iki ölkənin vətəndaşları 180 günlük müddət ərzində qalma müddətində viza tələblərindən azaddırlar. “30 gündən çox olmayan, ümumi qalma müddəti isə 90 gündən çox olmayan istənilən 180 günlük müddət ərzində viza tələblərindən azaddırlar”, - XİN-dən bildiriblər.