ABŞ sərhəddəki vəziyyətə görə məhv olur.
APA-nın məlumatına görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nevada ştatında tərəfdarları ilə görüşündə deyib.
“Ölkəmiz ölür. Sərhədimiz açıqdır. Açıq yaradır. Bu, əvvəllər heç vaxt olmayıb”, - deyə siyasətçi vurğulayıb.
Eyni zamanda, onun fikrincə, gələcəkdə vəziyyət “daha da pisləşə bilər”. Tramp xəbərdarlıq edib ki, ölkə sakinlərini əsl fəlakət gözləyə bilər.