İsrail ordusu HƏMAS-ın 12 batalyonunu məhv edib
Tarix: 3-01-2024, 12:03 | Çap et
İsrail ordusu HƏMAS-ın 12 batalyonunu məhv edib

İsrail ordusu Qəzza zolağının şimalında radikal HƏMAS hərəkatının 12 batalyonunu məhv edib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yoav Qalant Fələstin anklavına səfəri zamanı bildirib.

“Qəzzə zolağının şimalında biz 12 HƏMAS batalyonunu məhv etdik. Bu ərazidə olan 15 min və ya 18 min terrorçudan bir neçə min terrorçu qalıb. Çoxlu sayda terrorçu məhv edildi, bəziləri isə cənuba qaçdı”, - deyə o bəyan edib.

“Burada (Qəzza zolağının şimalında - red.) taktiki olaraq atəş gücü, manevrlər, xüsusi əməliyyatlar vasitəsilə hərəkət edəcəyik və lazım gələrsə, bu ərazini bir müddət nəzarətdə saxlayacağıq”, - deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri davam edib.

O qeyd edib ki, “məqsəd HƏMAS terrorçularını tükəndirmək və onları məhv etməkdir”.

Mənbə: TASS




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net