Corc Floydun qatili olan keçmiş polis həbsxanada öldürüldü - FOTO
Tarix: 26-11-2023, 14:17 | Çap et
Corc Floydun qatili olan keçmiş polis həbsxanada öldürüldü - FOTO

Afro-amerikalı Corc Floydun ölümünə görə 22,5 il həbs cəzasına məhkum edilmiş keçmiş polis zabiti Derek Şovin Arizona ştatındakı Toskana xəstəxanasında dünyasını dəyişib.

O, dünən məhbuslardan birinin bıçaqlı hücumuna məruz qalıb və çoxsaylı xəsarətlərlə reanimasiyaya yerləşdirilib.

Şovinin vəkili israr edirdi ki, müştərisi ümumi kameraya salınmamalıdır, çünki o, “hədəf” ola bilər. Deyəsən, gözləntilər özünü doğruldub.

Xatırladaq ki, Floyd 25 may 2020-ci ildə Şovin tərəfindən saxlanılarkən ölüb. Onun ölümü ABŞ və digər ölkələrdə irqçiliyə qarşı kütləvi etirazlara səbəb oldu.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net