Yaponiya hökuməti istefaya getdi
Tarix: 13-09-2023, 10:31 | Çap et
Yaponiya hökuməti istefaya getdi

Yaponiya hökuməti tam tərkibdə istefa verib.

Bildirilir ki, baş nazir Fumio Kişida nazirlərin xahişini qəbul edib.

Əvvəlcə Kişida Komeyto Partiyasının rəhbəri, Liberal Demokrat Partiyasının hakim koalisiyadakı tərəfdaşı Natsuo Yamaquti ilə kabinetin formalaşdırılması ilə bağlı görüşəcək. Bundan sonra yeni hökumət formalaşacaq.

Yeni hökumətin tərkibi Yaponiya imperatoru Naruhito tərəfindən xüsusi mərasim zamanı təsdiqlənəcək.

Məlumata görə, yeni kabinetdə 19 nazirdən 13-ü dəyişdiriləcək, onlardan 11-i ilk dəfə vəzifə alacaq. Bundan əlavə, hökumətdə beş qadının olacağı gözlənilir ki, bu da Yaponiya tarixində ən böyük rəqəm olacaq.

Lenta.ru




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net