Zaxarova: Rusiya ilə mübahisə Ermənistan üçün fəlakətdir
Tarix: 13-09-2023, 10:30 | Çap et


Rusiya ilə mübahisə Ermənistan üçün fəlakətdir. APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ümid edir ki, Ermənistan rəhbərliyinin iki ölkənin xalqının arasını vurmaq üçün fəlakətli planları yoxdur.

"Ümid edirəm ki, bu, baş verməyəcək. Səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki, fikrimcə, bu, məhz Ermənistan üçün fəlakətli olardı”, - deyə Zaxarova vurğulayıb.

O, xatırladıb ki, Rusiya tarixən Ermənistanın və erməni xalqının etibarlı müttəfiqi, dostu, ən yaxın tərəfdaşı kimi özünü hər zaman təsdiqləyib, ən çətin anlarda köməyə gəlib və dəstək olub.

Zaxarova vurğulayıb ki, Rusiya da hər zaman Ermənistanın nailiyyətlərinə sevinib və hansısa qərarlarını bölüşməsə belə, onun seçimini qəbul etməyi bacarıb: "Qəbul edib, çünki bu ölkənin suveren seçiminə hörmət etdiyi üçün bunu edib".

Rusiya XİN sözçüsü Ermənistana bu cür münasibətdən imtina etməyin həm bu ölkəyə, həm də xalqa fayda gətirəcəyindən əmin olmadığını da söyləyib: “Bu cür münasibətlər bir ilə, beş ilə qurmaq olmaz. Bu ki, tarixi bazadır. Bu, zamanla sınaqdan keçirilmiş tarixdir. Ən əsası insanların ruhundan, ürəyindən gələn tarixdir. O, sadəcə konyuktura deyil, o, sadəcə olaraq hardasa proqramda yazılmır və insanlar tərəfindən həyata keçirilmir. Bizim ölkədə insanlar belə düşünürlər, belə hiss edirlər, bu ölkəyə, bu xalqa sevgi ilə yanaşırlar. Hər şeyin üstündən xətt çəkmək... Mən səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planları yoxdur”, - deyə o, yekunlaşdırıb.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net