Kreml Putinlə Ərdoğanın gözlənilən görüşünü təsdiqləyib
Tarix: 28-08-2023, 16:08 | Çap et
Kreml Putinlə Ərdoğanın gözlənilən görüşünü təsdiqləyib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın vaxtlarda baş tutacaq.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, bunun dəqiq harada və nə vaxt keçiriləcəyi daha sonra açıqlanacaq.

“Görüş tezliklə baş tutacaq. Biz bu barədə məlumat verəcəyik”, - deyə o, brifinqdə danışıqların Rusiya ərazisində baş tuta biləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Peskov hələlik əlavə təfərrüat verə bilməyəcəyini deyib.

“Elanın verilmə tarixi ilə bağlı müəyyən razılaşmalar var və biz bu razılaşmalara əməl etmək niyyətindəyik”, - deyə Kremlin sözçüsü qeyd edib.

TASS




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net