ABŞ-nin şərq sahillərini vuran şiddətli fırtına bir milyondan çox insanı işıqsız qoyub.
Bunu “PowerOutage” monitorinq resursunun məlumatları sübut edir.
Fırtına Missisipidən Nyu-Yorka qədər bir neçə ştata təsir edib. Güclü külək elektrik xətlərini sıradan çıxarıb, bəzi ştatlarda daşqınlar baş verib. Ən çox elektrik kəsilməsi Şimali Karolina, Pensilvaniya, Merilend və Corciya ştatlarında qeydə alınıb.
Corciya ştatında azı bir nəfər həyatını itirib. Tennessi ştatında güclü külək evlərin damlarını qoparıb.
Fırtına səbəbindən Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatlarında, eləcə də Kolumbiya bölgəsində bir neçə hava limanının fəaliyyəti dayandırılıb.
CNN