SON DƏQİQƏ! 40 ölkə Ukrayna üçün HƏRƏKƏTƏ KEÇDİ - Rusiya isə...
Dünyanın 40-a yaxın ölkəsinin nümayəndəsi Ukrayna üçün sülh axtarışı çərçivəsində dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki günlük konfransda bir araya gəlib.
Vertikal.az Musavat.com-a istinadla xəbər verir ki, toplantıda ABŞ və Avropa İttifaqı ölkələri kimi Ukraynayönlü dövlətlərlə yanaşı, bitərəf qalmağa çalışan Hindistan, Braziliya, Cənubi Afrika kimi ölkələr, Rusiyayönlü olmaqda ittiham olunan Çin də iştirak edir.
Ukrayna Rəyasət Heyətinin baş katibi Andriy Yermak milli təhlükəsizlik rəsmiləri səviyyəsində keçiriləcək sammitdə müzakirələrin asan keçəcəyini gözləmədiyini bildirib.
Danışıqlarda ortaq planın tərtib edilib-edilməməsi müzakirə olunur. Rusiya görüşə dəvət edilməyib. Ümumiyyətlə, rəsmi Moskvanın Ciddədən gələcək olan sülh planına necə yanaşacağı bəlli deyil.
Qeyd edək ki, daha əvvəl Ukraynanın Rusiya tərəfindən işğalı zamanı bir çox sülh sazişləri təklifləri ön plana çıxmışdı. Ukraynanın 10 bəndlik təklifinə cavab olaraq Çin 12 bəndlik təklif hazırlamışdı.