ABŞ ilə sərhəddə miqrantlar 40 dərəcə istidə qəfəslərə salınıblar.
Humanitar qruplar bu cür qeyri-insani rəftara son qoyulmasını tələb edirlər.
“DailyMail” qəzeti Meksika-Amerika sərhədindən foto dərc edib. Görüntülərdə ABŞ sərhədçilərinin əcnəbi miqrantları hansı şəraitdə saxladığı əks olunub.
Qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün Bayden administrasiyası belə sərt tədbirlərə əl atır. Buna səbəb Meksikadan Arizona ştatının cənub hissəsinə gələn vətəndaşların böyük artımı olub.
Sərhədçilər bu artımın öhdəsindən gəlmək üçün açıq məkanlardan istifadə etməli olurlar. Miqrantların saxlandığı ərazidə isə havanın temperaturu 40 dərəcəni keçir.
Miqrantların hüquqlarını müdafiə edən qruplar artıq bu praktikanı pisləyiblər.
Readovka.news