Putindən hərbi xidmətlə bağlı gözlənilməz qərar
Tarix: 24-07-2023, 14:38 | Çap et
Putindən hərbi xidmətlə bağlı gözlənilməz qərar

Rusiya Prezidenti Vladimir Putin hərbi rütbəsi zabit rütbəsindən aşağı olan vətəndaşlar üçün yaş həddini 5 il artıran qanun imzalayıb.

Sənəd hüquqi informasiya portalında dərc olunub.

Qanun əsgər, matros, serjant, komandir, gizir və miçman rütbələrində olanlara şamil edilir.

Birinci kateqoriyaya aid olan hərbi qulluqçular üçün yaş həddi 35-dən 40-a, ikinci kateqoriyalar üçün 45-dən 50-yə, üçüncülər üçün 50-dən 55-ə qaldırılır. Dərəcələr yaş, rütbə və cinsdən asılıdır.

Eyni zamanda, vətəndaşların səfərbərlik ehtiyatında qalmasının yuxarı yaş həddi beş il artırılıb: yüksək rütbəli zabitlər üçün 60 yaşdan 65 yaşa, kiçik zabitlər üçün 55 yaşdan 60 yaşa, digər rütbələrdə olanlar üçün 45 yaşdan 55 yaşadək.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net