Moskvaya dronlarla hücum olub
Tarix: 24-07-2023, 09:17 | Çap et


İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtına naməlum pilotsuz uçuş aparatları ilə hücuma olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıb.

“112” xəbər verir ki, Moskvanın bir çox rayonlarının sakinləri partlayışlar barədə məlumat veriblər.

Şəhərin mərkəzində, Komsomolski prospektində dron qalıqları tapılıb.

“Mash”ın məlumatına görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaxınlığında yerləşən binanın yaxınlığında PUA parçaları aşkar edilib.

Binanın şüşələri sınıb, hadisə yerinə təcili yardım briqadaları gəlib.

“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatlarının zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - Moskva meri Sergey Sobyani "Telegram" kanalında bildirib.

Moskvanın Komsomolski prospektində pilotsuz təyyarənin qalıqları tapılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

"Komsomolski prospekti, 17 ünvanında pilotsuz təyyarənin parçaları tapılıb. İlkin məlumata görə, itki yoxdur", - deyə bildirib.

Hazırda hüquq-mühafizə orqanları və fövqəladə hallar xidməti hadisə yerində işləyir.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net