Makron BRİKS sammitinə dəvət olunmadı
Tarix: 23-07-2023, 21:08 | Çap et


Qarşıdan gələn BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) sammitində iştirak etmək istəyən Fransa Prezidenti Emmanuel Makron tədbirə dəvət edilməyib.

Məlumata görə, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderlərinə assosiasiyanın sammitinə dəvət göndərib, lakin nə Fransa, nə də ABŞ və Böyük Britaniya liderləri dəvət olunanlar arasında olmayıb.

Qeyd edək ki, avqustda Yohannesburqda keçiriləcək tədbir Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var. Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələri liderlərinin bütün iclaslarında onlayn iştirak edəcək.

BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Toplantıya Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri də dəvət olunub.

TASS




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net