Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri gündəmdədir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin Çinə səfəri gündəmdədir, lakin səfərin dəqiq tarixləri müəyyənləşdiriləcək.
Kremlin sözçüsü qeyd edib ki, Putinin Çinə səfəri zamanı gündəlikdə ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi olacaq. "İndi Rusiya-Çin münasibətlərinin yüksək dinamikası üçün tamamilə yaxşı məqamdır", deyə Peskov vurğulayıb.