ABŞ institutu: “Ukrayna ordusu əks-hücum əməliyyatlarını müvəqqəti dayandıra bilər”
Tarix: 19-06-2023, 10:26 | Çap et


“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını müvəqqəti olaraq dayandıra bilər”.

Vertikal.az “Report”-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Amerikalı analitiklərin fikrincə, məqsəd Ukrayna ordusunun gələcək əməliyyatları üçün taktikaları yenidən nəzərdən keçirməkdir: “Ukrayna hələ də mövcud qüvvələrinin əksəriyyətini əks-hücum əməliyyatlarına cəlb etməyib. Ümumiyyətlə, Ukrayna hələ bütün imkanları ilə əks-hücuma başlamayıb. Ehtimal edilən fasilə Ukraynanın əks-hücumunun başa çatması demək deyil. Çünki əməliyyat fasilələri böyük hücum əməliyyatlarının xarakterik xüsusiyyətidir”.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna qüvvələri iyunun 18-də cəbhənin ən azı 4 istiqamətində əks-hücum əməliyyatlarını davam etdirib və bəzi əraziləri azad edib: “Geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Kreminna şəhərindən 30 kilometr cənubda məhdud irəliləyiş əldə etdiyini göstərir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna Silahlı Qüvvələri daha əvvəl əks-hücum əməliyyatının başlandığını elan etmişdi. Rusiya Prezidenti Vladimir Putin bunu etiraf edib.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net