Pekinin mübahisəli sularda "danılmaz suverenliyi" – Çin armada qurdu
Tarix: 14-06-2023, 09:29 | Çap et
Pekinin mübahisəli sularda "danılmaz suverenliyi" – Çin armada qurdu

Çin Asiya-Sakit okean regionunun mübahisəli sularında təsirini artırmağın yolunu tapıb. Bu barədə “The New York Times”da məqalə dərc olunub. Qeyd olunub ki, Pekin 76 millimetrlik toplar və gəmi əleyhinə raketlərlə təchiz olunmuş qayıqlardan ibarət armada yerləşdirib ki, bu da ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərindən daha böyükdür. Lakin bu gəmilər Çin Hərbi Dəniz Qüvvələrinə aid deyil, Mərkəzi Hərbi Şuraya tabe olan sahil mühafizə gəmiləridir.

“Cəmi on il ərzində Çin dünyanın ən böyük sahil mühafizəsi donanmasını topladı və bu, digərlərindən fərqlidir. Daha çox hərbiləşdirilmiş, beynəlxalq mübahisələrdə daha aqressiv və adi polis missiyaları ilə daha az məşğul olur”, qəzetin köşə yazarı Damien Kave yazıb.

Müəllif qeyd edib ki, sahil mühafizəsinin aparıcı rolu 2013-cü ildə Çin lideri kimi fəaliyyətinin ilk ilində dəniz qüvvələrini yaradan Si Cinpinin dövründə gücləndirilib. 2013-cü ildən bəri Cənubi Çin dənizində Yaponiya, Cənubi Koreya, Vyetnam, Filippin və digər ölkələrlə Çin Sahil Mühafizə Qüvvələrinin gəmiləri arasında onlarla gərgin qarşıdurma baş verib.

Kave 2021-ci ildə Çin tərəfindən qəbul edilən qanunun hərbi nəzarət altında olan sahil mühafizəsinə Pekinin iddia etdiyi sularda, o cümlədən, irəli əməliyyat bazaları qurduğu Cənubi Çin dənizində xarici gəmilərə qarşı öldürücü güc tətbiq etmək hüququ verdiyini vurğulayıb. Söhbət süni adalardan gedir.

"Hazırda Çində ən azı min ton yerdəyişmə qabiliyyətinə malik 150-yə yaxın böyük Sahil Mühafizə Qüvvələrinin patrul gəmisi var. Bu, Yaponiyada təxminən 70, ABŞ-da isə 60-dır", - yazar qeyd edib.

Çin gəmilərinin çoxu davamlı əməliyyatlar apara bilən və helikopter meydançaları ilə təchiz edilmiş keçmiş dəniz korvetləridir.

Onilliklərdir ki, Pekin Asiya-Sakit Okean regionunun bir neçə ölkəsi ilə Cənubi Çin dənizindəki bir sıra adaların ərazi mülkiyyəti ilə bağlı mübahisə edir. İki arxipelaqın - Parasel və Spratli adalarında demək olar ki, yaşayış yoxdur, lakin ətraf sular balıqla zəngindir və mühüm gəmiçilik marşrutları bu adalardan keçir. Geoloqların fikrincə, okeanın dibində qaz və neft yataqları ola bilər.

Adaların ərazisi altı dövlət tərəfindən mübahisəlidir: Vyetnam, Çin, Tayvan, Malayziya, Filippin və Bruney. Pekin hesab edir ki, Çin Cənubi Çin dənizindəki adalar üzərində "danılmaz suverenliyə" malikdir. //AYNA//




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net