"Ukrayna ordusu Baxmut, Toretsk və Berdyansk istiqamətlərində irəliləyir" - Sözçü
Tarix: 13-06-2023, 12:34 | Çap et
"Ukrayna ordusu Baxmut, Toretsk və Berdyansk istiqamətlərində irəliləyir" - Sözçü

"Ukrayna müdafiəçiləri Baxmut, Toretsk və Berdyansk istiqamətlərində uğurla irəliləyir".

Vertikal.az “Report”a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalev bildirib.

Onun sözlərinə görə, Zaporoje vilayətinin Lobkovo, Levadnoye, Novodarovka, Donetsk vilayətinin Neskuçnoye, Storojevoye, Makarovka, Blaqodatnoye kəndləri işğaldan azad edilib.

A.Kovalev deyib ki, Ukrayna qoşunları Baxmut istiqamətində sol cinahda 1,5 km, sağda isə 3,5 km irəliləyib: “Berxovsk su anbarı rayonunda isə ötən sutka Ukrayna hərbçiləri 250 metr irəliləyib”.

Sözçü vurğulayıb ki, ukraynalılar Berdyansk istiqamətində 500-1000 metr irəliləyərək 3 kv. km ərazini azad ediblər.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net