Britaniya kəşfiyyatı: "Vaqner" ilə Rusiya MN arasında mübahisə görünməmiş səviyyəyə çatıb
Tarix: 6-06-2023, 10:58 | Çap et


"Vaqner" qüvvələrinin çoxu Baxmutdan çıxarılıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son 48 saat ərzində cəbhənin bir çox hissələrində, o cümlədən bir neçə ay ərzində nisbətən sakit olan bölgələrdə döyüşlərdə intensivləşmə müşahidə olunub.
Böyük Britaniya Kəşfiyyatı "Vaqner" qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında mübahisənin görünməmiş səviyyəyə çatdığını bildirib.
"Vaqner"in sahibi Yevgeni Priqojin ilk dəfə olaraq Rusiya ordusunun "Vaqner" birləşmələrinə qarşı qəsdən öldürücü güc tətbiq etdiyini iddia edib. Bu toqquşmadan sonra "Vaqner" çox güman ki, Rusiya ordusunun briqada komandirini saxlayıb.
"Vaqner" qüvvələrinin çoxu hazırda Baxmutdan çıxarılıb. Rusiyanın hərbi ehtiyat hissələri az olduğundan, "Vaqner"in Müdafiə Nazirliyinə necə reaksiya verməsi qarşıdakı həftələrdə münaqişədə həlledici amil olacaq",- Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net