NATO Ukrayna ətrafında müdafiə qalxanı formalaşdırmağı düşünür
Tarix: 2-06-2023, 09:16 | Çap et
NATO Ukrayna ətrafında müdafiə qalxanı formalaşdırmağı düşünür

NATO Ukrayna ətrafında müdafiə örtüyü formalaşdırmaq barədə düşünür.

Həmçinin Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdən keçirir ki, bu da alyans üzvlərinin Ukrayna tərəfini dəstəkləmək öhdəliyini və hərbi gücün möhkəmləndirilməsini ehtiva edir.

Bu barədə məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd edilib ki, Şimali Atlantika Alyansı Ukrayna ilə daha sıx münasibətlər üçün yeni model formalaşdırmağa çalışır. Bununla belə Kiyevin istəklərinə baxmayaraq, nə hərbi təşkilat, nə də müttəfiq ölkələr hələ Ukrayna tərəfinə NATO tərəfindən təmin edilən, qarşılıqlı müdafiə qalxanı şəklində təhlükəsizlik zəmanətlərini təklif etmək istəmirlər.

Xarici siyasət və hərbi məsələlər üzrə amerikalı ekspert Yan Bjezinski və NATO-nun keçmiş baş katibinin müavini, ABŞ-nin Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbou NATO ilə Ukrayna arasında yeni çəkindirmə və müdafiə tərəfdaşlığı yaratmağı təklif ediblər.

Tərəfdaşlıq çərçivəsində NATO üzvləri alyans Ukraynanı tamhüquqlu üzv kimi qəbul etməyə hazır olana qədər Ukrayna qüvvələrini silahlandırmaq, təlim keçmək və sursatla təchiz etmək, habelə Ukrayna müharibəsi başa çatdıqdan sonra təhlükəsizliyin təminatçısı olmaq öhdəliyini üzərlərinə götürürlər.

Mənbə: “Pais”




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net